İranda yoluxma sayında rekord

27-07-2021, 00:05           
İranda yoluxma sayında rekord
İranda son 24 saatda 31814 nəfərdə koronavirus (COVİD-19) aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Sözügedən göstərici pandemiyanın əvvəlindən bu yana ölkədə qeydə alınan ən yüksək göstərici kimi yadda qalıb.

Ölkədə son sutkada 322 nəfər koronavirusdan ölüb. İranda ölüm hallarının ümumi sayı 90 minə yaxınlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.