Çoxdan fikirləşdiyi atışı bir saniyəyə icra edib öldü - ANBAAN VİDEO

29-07-2021, 06:55           
Çoxdan fikirləşdiyi atışı bir saniyəyə icra edib öldü -
Rusiyada yaşlı kişi təlimatçısının gözü qarşısında intihar edib.

“BAZA” “Telegram” kanalının məlumatına görə, hadisə Novosibirskdə atıcılıq klubunda baş verib

Bildirilir ki, özünə qəsd edən şəxs Serqey adlı 59 yaşlı yerli sakindir. O, kluba gələrək atıcıqla məşğul olmaq istədiyini deyib. Klubun qaydalarına əsasən hər kəs silah əldə edə bilər, ancaq təlimatçının rəhbərliyi altında atəş açmalıdır.

Kadrlarda kişinin hədəfə bir neçə dəfə atəş açdığı, sonra isə silahı çənəsinin altına dayayaraq intihar etdiyi görünür. Hər şey o qədər sürətlə baş verir ki, klub işçisi reaksiya verməyə sadəcə imkan tapmır.

Versiyalardan birinə görə, Serqey ağır xəstə olub.

Hadisə ilə bağlı istintaqa başlanılıb.
.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru