Artıq çəkidən tez bir zamanda qurtulmağın yolu tapılıb

30-07-2021, 09:40           
Artıq çəkidən tez bir zamanda qurtulmağın yolu tapılıb
Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri artıq çəkidən tez bir zamanda azad olmağın yeni və qeyri-adi üsulunu aşkar ediblər.

Bu barədə “Science” elmi jurnalında dərc olunan məqalədə məlumat verilib.

Bildirilib ki, alimlər ilk dəfə olaraq arıqlama üsulunda hormonlardan deyil, immun sistemi zülallarından istifadə ediblər.

Yeni tapıntı allergik reaksiyalar və insulinlə bağlı gəmiricilər üzərində aparılan təcrübələr zamanı təsadüfən üzə çıxıb. Belə ki, TSLP zülalının köməyilə heyvanların çəkisini iki dəfəyədək azaltmaq mümkün olub.

Alimlər yaxın zamanda bu zülalın insanlar üzərindəki effektivlik dərəcəsini dəqiq müəyyən etmək üçün təcrübələrə başlayacaqlarını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru