Dünyada dəhşətli virus yayıldı - MÜALİCƏSİ YOXDUR

30-07-2021, 11:34           
Dünyada dəhşətli virus yayıldı -
ABŞ-da bütün müalicələrə davamlı olduğu bildirilən ölümcül göbələk infeksiyası qocalar evləri və xəstəxanalarda yayılmağa başlayıb.

Teref.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) tibb işçisi Meqan Liman xəstələrin bir-birindən yoluxduqlarının ehtimal olunduğunu deyib. Xəstələrin təxminən 30 faizinin bir ay ərzində öldüyü, bu ölümlərin sözügedən virusla əlaqəli olub-olmadığının araşdırıldığı vurğulanıb.

"Candida auris" adlandırılan göbələk infeksiyası olduqca təhlükəlidir. Qan dövranına, ürəyə və ya beyinə nüfuz etdikdə çox vaxt ölümcül olur. Qızdırma və üşütmə kimi simptomlar antibiotik müalicəsindən sonra da davam edir.

ABŞ-ın bəzi bölgələrində göbələk virusuna yoluxma faktları aşkarlansa da, xəstələrin adları açıqlanmayıb. (milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru