İraqda silahlı hücum nəticəsində 7 nəfər ölüb

31-07-2021, 08:14           
İraqda silahlı hücum nəticəsində 7 nəfər ölüb
İraqın şimalında dəfn mərasiminə silahlı hücum edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının üzvləri tərəfindən edilən hücum nəticəsində 7 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, terrorçular Səlahəddin əyalətində (Bağdaddan 45 kilometr şimalda) cənazə xidmətləriynən məşğul olan təşkilatın avtomobilinə hücum ediblər.

Bildirilir ki, ölənlər arasında təşkilatın əməkdaşları, dinc sakinlər, həmçinin İraqın təhlükəsizlik xidmətlərinin nümayəndələri də olublar.

Yerli hakimiyyət orqanları ən qısa zamanda silahlıları tapıb cəzalandıracaqlarını vəd edərək, hadisə ilə bağlı araşdırmanın başladığını elan ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru