Lukaşenkonun nəvəsinin toyu oldu – FOTO

1-08-2021, 08:10           
Lukaşenkonun nəvəsinin toyu oldu – FOTO
Belarus prezidenti Aleksandr Lukaşenkonun böyük nəvəsi Viktoriya ailə həyatı qurub.

Bu barədə “Pul Pervoqo” “Telegram” kanalı xəbər yayıb.

“Siz hekayənizi yazırsınız. Gözəl, səmimi, qohumlarınızın və ən yaxınlarınızın əhatəsində”, - deyə kanal dövlət başçısının böyük nəvəsi Viktoriyanı və bəyi təbrik edərkən dediyi sözlərini çatdırıb.

O da vurğulanıb ki, toya cəmi 70 nəfər dəvət olunub.

Qeyd edək ki, Viktoriya Belarus Milli Olimpiya Komitəsinə rəhbərlik edən Viktor Lukaşenkonun böyük qızıdır. Ümumilikdə, Lukaşenkonun üç oğlu və yeddi nəvəsi var.oxu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru