Hindistanda virus 424 min nəfərdən çox insanı öldürüb

1-08-2021, 07:46           
Hindistanda virus 424 min nəfərdən çox insanı öldürüb
Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi son gün ərzində ölkədə koronavirusa 41 790 yeni yoluxma faktı qeydə alıb. Bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 31 654 584 nəfərə çatıb.

Bu barədə “Report nazirliyin saytına istinadən xəbər verir.

Son 24 saat ərzində ölkədə həyatını itirən koronavirus xəstələrinin sayı 542 nəfər artaraq, 424 384 nəfərə çatıb.

Xatırladaq ki, Hindistan koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyadan sonra üçüncü yeri tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru