Misir ordusu Sinay yarımadasında 89 yaraqlını məhv edib

2-08-2021, 07:40           
Misir ordusu Sinay yarımadasında 89 yaraqlını məhv edib
Misir ordusu bazar günü Sinay yarımadasında keçirdiyi əməliyyatlar zamanı 80-dən çox yaraqlının məhv edildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Qeyd edilir ki, silahlı qüvvələr terrorçuları təqib və darmadağın etmək üçün davam edən tədbirlər çərçivəsində Sinay yarımadasının şimal hissəsində 89 təhlükəli ekstremistin öldürüldüyü əməliyyatlar həyata keçirib.

Əməliyyat zamanı 404 əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib və yaraqlıların Misirə girməsi üçün istifadə etdikləri 13 tunel məhv edilib. Ordu əməliyyatlar zamanı eyni zamanda 8 hərbçini itirib.

Qeyd edək ki, Misir qoşunları uzun müddətdir Sinay yarımadasında əsasən İŞİD qruplaşmasına bağlı yaraqlılarla döyüşür. “Müsəlman qardaşlar” hərəkatının liderlərindən olan Misir Prezidenti Məhəmməd Mursinin 2013-cü ildə hakimiyyətdən uzaqlaşdırılmasından sonra silahlı hücumlar daha da artıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.