"Aİ-92" markalı benzinin qiyməti bahalaşa bilər? - AÇIQLAMA

4-08-2021, 19:15           
 "Aİ-92" markalı benzinin qiyməti bahalaşa bilər? - AÇIQLAMA
Azərbaycanda benizin qiyməti növbəti dəfə bahalaşıb. Belə ki, “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub.

Bəs görəsən "Aİ-92" benzinin də qiyməti arta bilərmi?
Mövzu ilə Redaktor.az-ın sualını iqisadçı Rəşad Həsənov cavablayıb. O bildirib ki, bu il ərzində sözügedən benzinin qiymətində artım gözlənilmir:

"Təcrübə göstərir ki, Azəraycanda istehsal olunan "Aİ-92" markalı benizinin qiyməti dövlət büdcəsi üzərində ciddi risklər yarandıqda bahalaşır. Həmçinin, SOCAR-ın böyük maliyyə kəsir riski zamanı bənzər qərarlar qəbul edilir. Bu il ərzində "Aİ-92" markalı benizinin qiymətində artım ilə bağlı qərarın qəbul edilməyəcəyini düşünürəm. Çünki bunun sosial fəsadları çox böyükdür. Bu il qiymət artımı ilə bağlı kifayət qədər qərarlar olub. Ailə büdcəsi üzərində böyük maliyə yükü formalaşıb. Ona görə də belə bir bahalşmanın olacağını düşünmürəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru