“Şizofreniya xəstəsinin pensiyası 7 aydır kəsilib…” - Deputatdan ETİRAZ

5-08-2021, 11:47           
“Şizofreniya xəstəsinin pensiyası 7 aydır kəsilib…” - Deputatdan ETİRAZ
“Yerlərdən müxtəlif məsələlərə dair çoxlu şikayətlər daxil olur.

Hansı ki, onlar yerli səviyyədə də həll edilə bilər, yaxud mərkəzdə aidiyyət qurumlar məsuliyyətli yanaşıb həll edər, daha futbol topu kimi o qapıdan bu qapıya göndərməz”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat şikayətlərin hər biri ilə bağlı ayrı-ayrı danışacağını bildirib:

“Rayonların birində bir neçə nəfər yaxınlaşdı. Hər birinin problemləri Allahın köməkliyi ilə həll edilib. Sadəcə, mən bir nəfərin üzərində ümumi problemi deyirəm. Xəstə şizofreniyadan əziyyət çəkir, pensiyası kəsilib. Üstündən 7 ay keçib, amma hələ də araşdırma gedir. Nə araşdırması? Həkimlər, tibbi-sosial ekspertiza komissiyaları, başa düşmürəm ki, niyə görünən uca dağa deyirlər ki, deyəsən dağ deyil axı, bəlkə təpədir, bəlkə alçaq dağdır, bəlkə vulkandır. Xəstə, yaxud xəstənin sahibi deyir ki, ay balam, axı bu, uca dağdır, başında da bir metr qar.

Yenə də deyirlər ki, bəlkə qar deyil, illuziyadır, bəlkə gözünüzə elə görünür? Olmaz belə. Elə xəstəliklər var ki, o görünən dağ kimi aydındır və onu tez həll etmək lazımdır. Axı hər kəsin nazirə, müavinə, vəzifəli şəxsə çıxış imkanları yoxdur. Biz də hər kəsin əlindən tutub idarələrə aparmağa vaxt edə bilmərik. Xahiş və tələb edirəm ki, görünən başıqarlı uca dağa təpə deməyin. Mən cənab nazirə yazdım, məsələ 3 gün içində tam həllini tapdı. Xəstəyə ömürlük ikinci qrup təyin edildi. Təşəkkürümü də bildirdim. Hörmətli müavinlərə də yazıram, göndərirəm, çox həssaslıqla yanaşırlar. Sağ olsunlar, bütün haqlı məsələlər də sonucda həllini tapır. Amma haqqını ala bilməyən yüzlərlə də xəstə var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.