Ağ evdən bahalı viski hara itdi?

6-08-2021, 00:33           
Ağ evdən bahalı viski hara itdi?
ABŞ Dövlət Departamenti Ağ evdən $5800 qiyməti olan viski şüşəsinin yoxa çıxmasını araşdırır. Viskinin yoxa çıxması barədə elan qurumun rəsmi saytında yerləşdirilib və qeyd edilir ki, Dövlət Departamenti məsələni araşdırır. Yoxa çıxan viski yapon markasına aid idi və dövlət katibi Mayk Pompeoya 2019-cu ildə hədiyyə edilmişdi.

2019-cu ilin Federal qeydiyyat hesabatında da göstərilir ki, Pompeo bu bahalı hədiyyəni Yaponiya rəhbərliyindən almışdı. Lakin içkinin yeri məlum deyil. Mümkün itki faktı ciddi problemə çevrilib, çünki hədiyyənin qiyməti 390 dollardan çoxdur və diplomatın şəxsi mülkü hesab edilə bilməz. Bu hədiyyə dövlət əmlakı sayılır.

Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru