Sabahdan Məhərrəm ayı başlayır

9-08-2021, 09:53           
Sabahdan Məhərrəm ayı başlayır
Sabahdan, avqustun 10-dan Məhərrəm ayı başlayır.

Axar.az xəbər verir ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 19-da Aşura günüdür.

Sentyabrın 8-dən başlayacaq Səfər ayı oktyabrın 7-də başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.