"Roskosmos"da vəzifəyə təyin olunanlar yalan detektorundan keçirilirlər

10-08-2021, 07:36           
"Roskosmos"da vəzifəyə təyin olunanlar yalan detektorundan keçirilirlər
Bu barədə məlumat verən verən qurumun rəhbəri Dmitri Roqozin bildirib ki, ötən ilin yay aylarından etibarən dövlət korporasiyasında və quruma daxil olan digər müəssisələrdə mühüm vəzifələrə təyinat zamanı məcburi qaydada poliqraf yoxlamasından keçmək tələbi qoyulur.
Raket-kosmos sənayesində korrupsiyanın qarşısını almaq məqsədilə "Roskosmos" və onun müəssisələrinin rəhbərliyinə namizədlər üçün məcburi yalan detektoru testi tətbiq edilir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə dövlət korporasiyasının direktoru Dmitri Roqozin məlumat verib.

"Mən keçən ilin yay aylarından etibarən dövlət korporasiyasında və bizim digər müəssisələrdə mühüm vəzifələrə təyinat zamanı məcburi qaydada poliqraf yoxlamasından keçmək tələbi qoymuşam", – deyə o öz Facebook səhifəsində müdafiə sənayesi kompleksində korrupsiyaya görə ölüm hökmünün qaytarılması ilə bağlı məsələni şərh edərkən yazıb.

"Roskosmos"un mətbuat xidmətindən RİA Novosti-nin sualına cavab olaraq vəziyyətə aydınlıq gətirilib və bildirilib ki, söhbət poliqraf yoxlaması tələb edən baş direktorun müavinləri və digər əməkdaşlardan gedir.

Qeyd edək ki, 2018-ci ilin iyun ayında Roqozin "Roskosmos"un rəhbərliyinə gətirilən vaxt söz vermişdi ki, dövlət korporasiyasında müftəxorlara, intriqa yaradanlara və digər bəd əməl sahiblərinə yer olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru