"WhatsApp"a şübhəli emoji nişanlar əlavə olunacaq

10-08-2021, 00:01           
"WhatsApp"a şübhəli emoji nişanlar əlavə olunacaq
Əvvəllər oxşar bir emoji dəsti Apple tərəfindən iPhone istifadəçilərinə tətbiq olunan iOS 14.5 yeniləməsində təqdim edilmişdi.

"WABetaInfo" portalı məşhur WhatsApp messencerinin beta versiyasında yeni emoji nişanlarının müşahidə olunması barədə məlumat yayıb. Bu haqda Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.

Ümumilikdə, yeniləməyə onlarla simvol daxil edilib. Onların arasında yeni mimikalar, cüt gülüşlər və daha çox şey tapmaq olar. Bundan əlavə, tərtibatçılar saqqallı qadınların təsvirlərini də əlavə ediblər.

Əvvəllər oxşar bir emoji dəsti Apple tərəfindən iPhone istifadəçilərinə tətbiq olunan iOS 14.5 yeniləməsində təqdim edilmişdi. Yeni emoji nişanlar dəsti hazırda yalnız Android cihazları üçün WhatsApp 2.21.16.10 beta versiyasında mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru