Əfqanıstanda “taliblər”in Baglan əyalətinin paytaxtına hücumu dəf olunub

10-08-2021, 07:24           
Əfqanıstanda “taliblər”in Baglan əyalətinin paytaxtına hücumu dəf olunub
Əfqanıstanın təhlükəsizlik qüvvələri radikal “Taliban” hərəkatı döyüşçülərinin ölkənin şimal-şərqindəki Baglan əyalətinin inzibati mərkəzinə hücumunu dəf edib.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi Favad Amanın bəyanatında deyilir.

"Bu axşam müdafiə, təhlükəsizlik və ictimai müqavimət qüvvələri “taliblər”in Baglan əyalətinin mərkəzi Puli-Xumri şəhərinə hücumunu dəf etdi. Cavab əməliyyatı nəticəsində təxminən 100 döyüşçü məhv edilib və yaralanıb", - xəbərdə deyilir.

Daha əvvəl xəbər verilib ki, “taliblər” Baglan əyalətin paytaxtına atəş açıblar. Qeyd edilirdi ki, əyalətin inzibati mərkəzi Puli-Xumri şəhərində silahlılarla hökumət qüvvələri arasında döyüşlər başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru