Anapada 7 milyon dollara yaxın qiyməti olan yaxta satışa qoyuldu

12-08-2021, 00:01           
Anapada 7 milyon dollara yaxın qiyməti olan yaxta satışa qoyuldu
Anapada premium sinifli yaxta satışa qoyulub. Satıcı yaxtanı 6,8 milyon dollar qiymətləndirib. Elan populyar internet satış saytlarının birində yerləşdirilib, - “KrasnodarMedia” İnformasiya Agentliyi yazır: “Premium sinifli super-yaxta satılır, uzunluğu 47 metr, əla vəziyyətdədir, çarterdə istifadə olunmayıb. Yaxta Rusiya Federasiyasının cənub limanlarından birindədir”, - satıcı elanda yazıb.

Elanda həmçinin qeyd olunub ki, 2008-ci ildə istehsal olunmuş yaxta gəzinti üçün nəzərdə tutulub. “Severina” adlı yaxtada dörd paluba, altı qonaq kayutası və 12 qonaq yeri var. Yaxtanın mühərrikinin gücü 1552 kilovolt təşkil edir. 15 düyünə qədər (saatda 27,7 kilometrə qədər) sürət yığır. Yaxtanın qeydiyyat portu isə Taqanroq şəhəridir.

Müqayisə üçün qeyd edək ki, milyarder Roman Abramoviçə məxsus 162 metr uzunluğu olan “Eclipse” yaxtası ona 1,2 milyard dollara başa gəlib. Onun digər 115 metrlik “Luna” adlı yaxtasının qiyməti isə 800 milyon dollar idi – onu Abramoviç Azərbaycandan olan tanınmış biznesmen Fərhad Əhmədova satdı.

virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.