Ermənistanın Xocavənddə basdırdığı mina partlayışında yaralanan ermənilərin sayı artıb

12-08-2021, 07:21           
Ermənistanın Xocavənddə basdırdığı mina partlayışında yaralanan ermənilərin sayı artıb
Rusiya sülhməramlı hərbçilərinin müvəqqəti nəzarəti altında olan Xocavənd rayonunun Yenikənd kəndi ərazisində minanın partlaması nəticəsində yaralanan erməni minaaxtaranların sayı artıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb.

Qeyd edilir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri kritik vəziyyətdədir. Yaralılardan birinin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə ağırdır.

Yaralılardan ikisi əməliyyat olunub.

Qeyd edək ki, həmin ərazilər Ermənistan hərbçilərinin nəzarəti altında olub. Buna görə də oradakı minaları da ermənilər və onlara havadarlıq edənlərin basdırdığı istisna olunmur.

Mütəxəssislər bildiriblər ki, erməni minaaxtaranlar bir vaxtlar elə bu ölkənin hərbçilərinin basdırdığı minaya düşüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru