Ermənistanda Rusiyanın “Osa-AK” zenit-raket kompleksləri sınaqdan keçirildi... - Düşmən əsl SAVAŞ TƏDARÜKÜNDƏ

12-08-2021, 10:31           
Ermənistanda Rusiyanın “Osa-AK” zenit-raket kompleksləri sınaqdan keçirildi... -
İşğalçı Ermənistandakı marşal Baqramyan adına ümumqoşun poliqonunda modernləşdirilmiş döyüş atəşli “Osa-AK” zenit-raket kompleksləri sınaqdan keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə çərşənbə günü qəsbkar ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Sınaqlar zamanı təkmilləşdirilmiş sistem və qurğu bloklarının işinin və döyüş effektivliyinin yoxlandığı qeyd olunur. Atışlar zamanı bütün hava hədəfləri yüksək dəqiqliklə vurulub” – məlumatda belə deyilir.
Xatırladaq ki, dünən - avqustun 12-də Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Görüşdə bölgədəki vəziyyət müzakirə edilib.

Rusiya Federasiyasının müdafiə naziri danışıqlardan sonra Ermənistan Müdafiə Nazirliyinin rəhbərinə xəncər təqdim edib və belə deyib: "Güman edə bilərik ki, Ermənistana silah tədarükü prosesinə başlanılıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.