Günə 1 kilo qum yeyir - "QUM ADAM"

13-08-2021, 08:11           
Günə 1 kilo qum yeyir - "QUM ADAM"
Hindistanda 20 ildir qum yeyən adam görənləri heyrətə salıb.

KONKRET.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 48 yaşlı Nukala Kotesvara Raonun qəribə adəti kəndlilərin ona “qum adam” adı verməsinə səbəb olub.

Hindistanın Kalasapadu kəndindən olan bu adam hər gün azı bir kiloqram qum yeyir.

Rao bu aludəçiliyi haqqında “Qumun içindəki minerallar mənə enerji verir. Həyatımı torpaqsız təsəvvür edə bilmərəm” – deyə vurğulayıb.

Qeyd edək ki, Raonun sağlamlığında heç bir problem yoxdur. Həkimlər bu aslılığın qeyri-adi olmadığını bildirib. Hətta elmdə bununla bağlı xüsusi bir termin də var – geofagiya. Məsələn, İndoneziyada ənənəvi “ampo” yeməyi düyü sahələrindəki qumdan hazırlanır. Haiti də isə tez-tez hazırlanan palçıqlı tərəvəz piroquna rast gələ bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru