Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunu vəzifəsindən azad edildi

13-08-2021, 11:36           
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunu vəzifəsindən azad edildi
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunu vəzifəsindən azad edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Fizuli Məmmədov vəzifəsindən azad olunub.

Muxtar Babayevin digər əmri ilə nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı Səmədov Cəlair Zöhrab oğlu Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Lənkəran rayonunun Haftoni ərazisində "Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi böyük səs-küyə səbəb olub. "Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru