Göyçay rayonu Çaxırlı kənd sakinlərinin su problemi həll olundu...

13-08-2021, 11:47           
Göyçay rayonu Çaxırlı kənd sakinlərinin su  problemi həll olundu...
Teref.az-a yerli sakinlər tərəfindən verilən xəbərə görə, Göyçay rayonu Çaxırlı kənd sakinləri Göyçay rayon icra hakimiyəti başçısının 1 ci müavini İkram Vəliyev tərəfindən qəbul olunub.
Qəbulda sakinlərin su problemi ilə bağlı təkliflər dinlənilib. Rayon icra hakimiyyəti rəsmisi məsələnin təcili həllinə dair komissiyanın yaradılmasını, su təminatının təminatı ilə bağlı tapşırıq verib.
Teref.az-a verilən xəbərə görə, sakinlərin suvarma ilə bağlı şikayəti nəticəsində Çaxılırı kənd su birliyinin rəhbəri Babək Baxışov tutduğu vəzifədən azad olunmuşdur.
Rayon suvarma sistemləri idarəsi, Çaxırlı kənd icra nümayəndəliyinə və kənd bələdiyyəsinə, kənd ağsaqqallarının nəzarəti ilə növbəli şəkildə arx vasitəsilə suyun kəndin aşağı hissəsinə çatdırılması nəzarətə götürüldü.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru