Peyvəndin iki dozasını vurduranlar arasında ölüm halı olub? - RƏSMİ AÇIQLAMA

14-08-2021, 12:23           
Peyvəndin iki dozasını vurduranlar arasında ölüm halı olub? - RƏSMİ AÇIQLAMA
Koronavirusa qarşı peyvəndin ikinci dozasının vurulmasından iki həftə ötdükdən sonra virusa yoluxan şəxslər arasında ölüm halı hələki qeydə alınmayıb.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında TƏBİB rəsmisi, həkim-infeksionist Fərrux Sədirov deyib. O bildirib ki, virusdan ölüm hallarının sayında nəzərəçarpacaq qədər azalma müşahidə edilmir:

"Vaksin olunanlar arasında demək olar ki, ölüm halları yoxdur. İkinci dozadan 3-5 gün sonra yoluxan şəxslər var. Lakin onlar xəstəliyi yüngül formada keçirir. Əksəriyyəti evdə, xəstəxanaya ehtiyac olmadan müalicə alır. Ümumilikdə isə koronadan ölüm faizində azalma olmasa da, vaksin olunmayanlar arasında ölüm faizi eyni davam edir."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru