Ermənistanda ərzaq məhsullarının qiyməti rekord həddə qalxıb

14-08-2021, 12:56           
Ermənistanda ərzaq məhsullarının qiyməti rekord həddə qalxıb
Avqustun 13-də yerli Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin iyulunda ərzaq məhsullarının qiyməti, ötən ilin eyni vaxtı ilə müqayisədə 13,9% bahalaşıb.

Belə ki, ötən ay, 2020 -ci ilin iyul ayı ilə müqayisədə çörək 8,6%, ət - 9,7%, yumurta - 51,3%, yağ - 15,9%, şəkər - 39,4%, konservləşdirilmiş süd 10,4% və s məhsulların qiyməti xeyli bahalaşıb.

Yerevan sakinləri qida məhsullarının bahalaşmaqda davam etməsindən narazılıq bildirirlər.

Bundan bir qədər əvvəl, ölkədə yanacaq və digər xidmət növlərinin də bahalaşması barədə məlumat yayılmışdı ("Azadlıq Radiosu")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru