"Taliban" dövlət televiziyasını da ələ keçirib - Hava limanında xaos yaranıb

16-08-2021, 07:49           
"Taliban" dövlət televiziyasını da ələ keçirib -
“Taliban” yaraqlıları Əfqanıstanın paytaxtı Kabilin bütün rayonlarına nəzarəti ələ keçirib.

APA xəbər verir ki, bu barədə yerli “Ariana News” telekanalı hərəkatın nümayəndəsi Zabiullah Mücahidə istinadən məlumat yayıb.

O, Kabildəki vəziyyətin nəzarət altında olduğunu bildirib. Mücahidin sözlərinə görə, tezliklə şəhərdə gecə patrulu xidməti başlayacaq.

“Al Arabiya” telekanalı isə xəbər verir ki, “Taliban” Kabildə dövlət televiziyasını da nəzarətə götürüb.

“Taliban” Kabildəki dövlət televiziyasına nəzarət edir və vətəndaşları sakit olmağa çağırır”, - deyə telekanalda bildirilib.

Hazırda Kabil hava limanında göyərtəsində diplomatik nümayəndəliklərin əməkdaşlarının olduğu helikopterlərin intensiv uçuşları səbəbindən xaos hökm sürür. “Al-Jazeera” telekanalı belə xəbər yayıb.

“Al Arabiya” telekanalı bildirir ki, hava limanında “Taliban”dan qaçmağa çalışan vətəndaşlar”, paytaxtın yeganə hava limanına üz tutan insanlar girişdə sıxlıq yaradıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru