ABŞ öz səfirliyinin bütün əməkdaşlarını Kabilin hava limanına təxliyə edib

16-08-2021, 08:16           
ABŞ öz səfirliyinin bütün əməkdaşlarını Kabilin hava limanına təxliyə edib
ABŞ Əfqanıstandakı səfirliyinin əməkdaşlarının Kabilin hava limanına təxliyəsi prosesini tamamlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

N.Prays bildirib: "Səfirliyin bütün işçilərinin təhlükəsiz təxliyəsinin artıq tamamlandığını təsdiq edə bilərik. Səfirliyin bütün əməkdaşları ətrafı ABŞ ordusu tərəfindən qorunan Həmid Kərzai Beynəlxalq Hava Limanındadırlar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru