Azərbaycan karbamid ixracını 67 %-dək artırıb

17-08-2021, 00:09           
Azərbaycan karbamid ixracını 67 %-dək artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 85 027 ton azot gübrəsi ixrac edib.

Cebhe.info xəbər verir ki, bu ilin yeddi ayında həyata keçirilən ixracın dəyəri 20,3 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 68,6 % və 2,7 dəfə çoxdur.

Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 1,5 %, ümumi ixracda isə 0,18 % paya malik olub.

Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.