Nigeriya şəriət polisindən mübahisəli qərar: Manekenlərin başları çıxarılacaq

18-08-2021, 07:32           
Nigeriya şəriət polisindən mübahisəli qərar:
Nigeriyanın şəriət polisi olaraq tanınan “Hisbə” təşkilatı mağazaların vitrinlərində istifadə edilən manekenlərlə bağlı mübahisəli qərar verib.

“Haber Global”ın məlumatına görə, qurumun rəhbəri Harun İbn-Sina islamın bütpərəstliyi rədd etdiyini əsas gətirərək, bundan sonra manekenlərin yalnız başsız istifadəsinə icazə veriləcəyini, başlı fiqurların isə bütləri xatırlatdığını bildirib.

Ölkə ictimaiyyətində mübahisələrə səbəb olan qərarın hələ ki, yalnız müsəlman əyaləti sayılan Kanoda tətbiq ediləcəyi vurğulanıb.

İbn-Sinanın sözlərinə görə, manikenlərin yalnız geyimli şəkildə istifadəsinə izacə verilir. Belə ki, şəriətə görə, sinə və çanaq nayihəsinin formalarının nümayiş olunması haram sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru