Vitse-prezident ölər, amma təslim olmaz

20-08-2021, 07:16           
Vitse-prezident ölər, amma təslim olmaz
Talibana müqavimət göstərməyə çağıran Əfqanıstanın vitse -prezidenti Əmrullah Saleh təslim olmağı və taliblərə beyət etməyi qəbul etməyəcəyini söylədi. Bu barədə “La Monde” xəbər verir.

"Bizim siyasi məqsədimiz - Əfqanıstan xalqına dövlətin təbiəti və quruluşu haqqında fikrini bildirməyə imkan verməkdir. Bu mövzuda danışıqlara biz hazırıq. Amma bizdən beyət və ya təslim olmaq istəsələr, bunu etməyəcəyik", - deyə Saleh bildirib.

Əmrullah Saleh bir daha qeyd etdi ki, qanuna əsasən, hazırda o ölkə başçısıdır. “Bizim legitimliyimiz var... Zorla əldə edilən güc isə legitimlik vermir", - Saleh əlavə edib.

Qeyd edək ki, daha əvvəl Əmrullah Saleh bəyan edib ki, qaçan prezident Əşrəf Qənidən fərqli olaraq, o ölkəsində qalıb və Konstitusiyaya görə müvəqqəti dövlət başçısı sayılır. O, həmçinin Talibana müqavimət göstərməyə çağırıb.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru