Yaponiyanın üçüncü ən böyük bankının sistemində nasazlıq yaranıb

20-08-2021, 07:55           
Yaponiyanın üçüncü ən böyük bankının sistemində nasazlıq yaranıb
Yaponiyanın üçüncü ən böyük bankı olan "Mizuho" bankının sistemlərinin işində nasazlıq yaranıb.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə bankın rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, hazırda müştərilər bütün ölkə üzrə filial operatorları vasitəsilə pul köçürmələri həyata keçirə bilmirlər. Ancaq bu xidmət bankomatlarda və internet-bankçılığında mövcuddur.

Bankın rəhbərliyi yaranan narahatlığa görə müştərilərindən üzr istəyir və bütün sistemlərin ən qısa müddətdə işə salınacağına söz verib.

Qeyd edək ki, "Mizuho" Yaponiyanın ən böyük üç bankından biridir və ümumi aktivləri təxminən 193 trilyon yen (1,75 trilyon dollar) təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru