ABŞ-da qasırğa xəbərdarlığı elan edilib

21-08-2021, 08:05           
ABŞ-da qasırğa xəbərdarlığı elan edilib
ABŞ-ın Konektikut ştatında və Lonq-Aylend adasında (Nyu-York ştatı) qasırğa xəbərdarlığı elan edilib.

Trend-in məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatları Milli Qasırğa Müşahidə Mərkəzindən bildirilib.

Məlumata əsasən, xəbərdarlıq "Henri" tropik fırtınasının qasırğaya qədər mümkün güclənməsi səbəbindən verilib:

"Qasırğa xəbərdarlığının edildiyi Lonq-Aylendin və Konektikutun bəzi rayonlarında qasırğaya bənzər hava şəraiti gözlənilir".

Bildirilib ki, qasırğa bazar günü Massaçusets ştatının cənubuna və Rod-Aylend ştatının ərazisinə çata bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru