Sahil Babayev rektorun oğlunu yüksək vəzifəyə təyin etdi

21-08-2021, 10:14           
Sahil Babayev rektorun oğlunu yüksək vəzifəyə təyin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifəyə təyin edib.

Qaynarinfo.az-nın verdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Mehdi Abdullayev “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Elşən Səlim oğlu Əsədovun müşaviri təyin olunub.

Qeyd edək ki, “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”sı 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb.

Xatırladaq ki, Mehdi Abdullayev bu vəzifəsindən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru