Rusiyada müsəlmanlar saxlanıldı

21-08-2021, 12:13           
Rusiyada müsəlmanlar saxlanıldı
Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyada hüquq-mühafizə orqanları Kotelnikidəki bir məsciddə 600 nəfəri saxlayıb.

Bu barədə saxlanılanlara hüquqi yardım göstərən vəkil Lidiya Anosova məlumat verib.

"Onların sənədləri yoxlanılır, hələlik heç bir şeydə günahlandırılmırlar", - deyə vəkil açıqlama verib.

Anosova saxlanılanlarla hüquqlarına riayət olunaraq hörmətlə yanaşıldığını vurğulayıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva Bölgəsi Baş İdarəsinin mətbuat xidməti həbslərlə bağlı məlumatları yoxladıqlarını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru