"Taliban" Əfqanıstanı idarə etmək üçün 12 nəfərlik şura yaratmaq niyyətindədir

24-08-2021, 08:08           
"Taliban" Əfqanıstanı idarə etmək üçün 12 nəfərlik şura yaratmaq niyyətindədir
"Taliban" hərakatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün şura yaratmaq niyyətindədirlər. Şuraya onlar 12 nəfər, həmçinin ölkənin əvvəlki hökumətinin bəzi üzvlərini də daxil etmək istəyirlər.

Trend-in məlumatına görə, bu barədə "Foreign Policy" jurnalı hərəkatın liderlərinə yaxin mənəblərə istinadən bildirib.

Məlumata əsasən, şurada ən nüfuzlu üç şəxs "Taliban" siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu "Taliban" hərbi komissiyasının rəhbəri Moulavi Yaqub və səhra komandiri və "Haqqani Şəbəkəsi" təxribat qrupunun lideri Sirajuddin Haqqani olmalıdır.

Qeyd olunub ki, "Taliban" Əfqanıstanda prezident və ya hər hansı digər vahid lider postunu bərpa etmək istəmir. Bundan əlavə, əvvəlki hökumət üzvlərindən bəzilərinə onların seçiminə əsasən yeni kabinetdə nazir vəzifələrini təklif etmək niyyətindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru