Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törədib

25-08-2021, 00:05           
Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törədib
Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar yaradıb, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Teref.az-ın məlumatına görə, saat 18 radələrindən başlayaraq, Qərb bölgəsinin dağlıq rayonlarında leysan yağış və güclü ildırım müşahidə olunur. Bu saatlarda isə Gəncə şəhəri və yaxın rayonlarda da küləklə müşahidə olunan leysan yağış yağmağa və ildırım çıxmağa başlayıb.

Kəskin hava şəraiti səbəbindən Daşkəsən rayonunun və Gəncə şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Gəncə-Daşkəsən avtomobil yolunda nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Hazırda bölgədə analoji hava şəraiti davam edir.
(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru