“Astronomiya tədris olunmur, Sabirin şeirləri dərsliklərdən çıxarılıb, xurafat təşviq edilir... - “Mehdi niyə zühur etməsin ki?"

25-08-2021, 20:23           
“Astronomiya tədris olunmur, Sabirin şeirləri dərsliklərdən çıxarılıb, xurafat təşviq edilir... - “Mehdi niyə zühur etməsin ki?"
"Mehdi niyə zühur etməsin ki? Son 30 ildə minlərlə məscid tikilib. Amma məscidlərdə hansı maarifləndirmə işləri aparılır? Bəzi dini obyektlər bölücülük və dini nifrət yaradır”.

Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Sahib Məmmədov deyib. O vurğulayıb ki, orta və ali məktəblərdə bəzi təbiət elmlərinin tədrisi qəsdən dayandırılıb:

"Astronomiya dini ehkamları darmadağın edir deyə tədris olunmur. Dini xurafata qarşı yazılan şeirlər, hekayələr dərsliklərdən çıxarılıb. Mirzə Ələkbər Sabirin bütün maarifləndirici şeirləri tədrisdən çıxarılıb. Hanı Sabirin erkən evliliyə qarşı yazdığı şeilər? Məsələn, an dostu, amandı qoyma gəldi" və .s.

Ona görə də cənnətdə iki hektar torpağı 2500 dollara alanlar, cənnətdə yaxşı şərait üçün 60 min manat ödəyənlər çoxalmaqdadır və çoxalacaq da. Ağzımızı açan kimi Mübariz Qurbanlının kontoru başlayır, trollarını tökür üstümüzə. Mən dini xurafat verilişləri verən televiziyaların saxlamasına niyə xərc çəkməliyəm?”.
S.Məmmədov qeyd edib ki, normal dini təbliğat olsun və bu faydalıdır:

"Amma dövlətin maliyyələşdirdiyi televiziyada açıq xurafat təşviq olunur. Hələ yaxşı ki, o Mehdini televiziyaya çıxarmayıblar. Deputat durub mollalıq edəndə başqa nə cür olmalıdır ki?!”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.