İnsan ömrünü 36 dəqiqə qısaldır - 6 min yeməkdən ən təhlükəlisi
26-08-2021, 08:02
Yeni bir araşdırmaya görə, sadəcə bir dənə sosiska yemənin belə insan həyatından 36 dəqiqə azalda biləcəyi bildirildi
Minlərlə yeməyin dəyərləndirildiyi araşdırmada qidalar yaşıl, sarı və qırmızı olmaqla üç qrupa ayrıldı. Bu qidalardan bir çoxu insan ömrünü qısaldır.
Miçiqan Universitetində aparılan bir araşdırma, təxminən 6 min qidanın insan ömrünə təsirini ölçüb, faydalı və zərərli qidalar müəyyən edildi. Buna görə, bir dənə sosiska sendviç yemək belə insan ömrünü 36 dəqiqə qısalda bilər.
Araşdırmaçılar yeməkləri 'bəslənmə risk faktorları və xəstəlik yüklərinə görə ayırıb, qeyd edilən qidaların həyat sikli üzərindəki təsirlərini ölçdü. Minlərlə qida maddəsi daha sonra da "birgə bəslənmə və təbiətə təsirlərinə görə" yaşıl, sarı və qırmızı olmaqla üç qrupa ayrıldı.