Ermənilər bu gecə Xankəndi-Şuşa yolumuzdakı yeni işıqları yandırdı... - FOTO

28-08-2021, 10:25           
 Ermənilər bu gecə Xankəndi-Şuşa yolumuzdakı yeni işıqları yandırdı... - FOTO
Azərbaycan torpaqlarında artıq 30 ildir qondarılmış separatçı-terrorçu rejim Xankəndindən Şuşa rayonunun Turşsu qəsəbəsinədək avtomobil yolunun işıqlandırılması işlərinə başlayıb.

Moderator.az xəbər verir ki, bu haqda erməni müxbirlərə texniki müfəttiş Andranik Simonyan danışıb.

Onun sözlərinə görə, Turşsu qəsəbəsinədək 28 kilometrlik yolun tam işıqlandırılması nəzərdə tutulub. Bu gecə Şuşayadək olan 8,5 kilometrlik yolun işıqlandırılması başa çatıb. Xankəndi-Şuşa yolunda enerjiyə qənaət edən müasir 100 vatlıq “LED” lampaları olan 240 dirək quraşdırılıb.

Yolun Turşsuyadık olan qalan hissəsinin işıqlandırılmasının bir aya tamamlanması planlaşdırılır. A.Simonyan oxşar işlərin 35 kilometrlik Xankəndi-Qırmızı Bazar yolunda da aparıldığını əlavə edib...














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.