Rusiyada saxlanılan azərbaycanlı prodüser sərbəst buraxıldı

30-08-2021, 00:05           
Rusiyada saxlanılan azərbaycanlı prodüser sərbəst buraxıldı
Rusiyada saxlanılan azərbaycanlı prodüser Anar Raibanda qarşı irəli sürülən bütün ittihamlar geri götürülüb.

Teref.az xəbər verir ki, bu barədə onun vəkili Sergey Vasilyev məlumat verib.

Xatırladaq ki, dünən saxlanılan prodüser miqrasiya rejimini pozmaqda ittiham olunub. O, Rusiyaya turist kimi gəlib, lakin təşkilati fəaliyyətlə məşğul olub.

“Rammstein” alman rok-qrupunun solisti Till Lindemannın prodüseri olan azərbaycanlı Tver şəhərində ifaçının konsertini təşkil etmək istəyib. Lakin Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri Lindemanna koronavirus səbəbiylə kütləvi tədbirlərə qoyulan məhdudiyyətlərə riayət edilməsinin vacibliyi barədə xəbərdarlıq ediblər./Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru