“TƏBİB-də külli miqdarda yeyintinin olması üzə çıxıb” - Partiya sədri

13-09-2021, 19:26           
“TƏBİB-də külli miqdarda yeyintinin olması üzə çıxıb” - Partiya sədri
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev onun işdən azad edilməsi ilə bağlı ərizəsini təsdiq edib.TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev da istefa verib. Daha bir məlumata görə isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Vüqar Cavanşir oğlu Qurbanova həvalə edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edəcək Vüqar Qurbanov kollektivə təqdim olunub.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, kollektivə təqdim edilən V.Qurbanov artıq bu gündən etibarən vəzifəsinin icrasına başlayıb.

Azərbaycan Demokrat Partiyasının(ADP) sədri, həkim Sərdar Cəlaloğlu TƏBİB-dəəki qovğa barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Ümumiyyətlə, mən indiyədək həmin qurumun niyə yarandığını anlaya bilmirəm. Dünyanın hansı ölkəsindəki səhiyyə sistemi ikibaşlıdır? Bunlar eksperiment xakerterli addımlardır. Və zərəri xalqa dəyir. İndi TƏBİB-də külli miqdarda yeyintinin olması üzə çıxıb. Görünür, idarəetmənin təşkilində qüsurlar var və kadrlar düzgün seçilmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.