Taliban qadınları Kabil aeroportunda işə dəvət edib

14-09-2021, 07:34           
Taliban qadınları Kabil aeroportunda işə dəvət edib
Tolo News telekanalı bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban da şərh verməkdən imtina edib.
Kabil aeroportunun aralarında qadınların da olduğu işçiləri Taliban* hərəkatının xahişi ilə işə qayıdırlar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.

"İşə qayıtmağımızı xahiş etdikləri üçün şadıq. İstəyirik ki, bundan sonra hökumət bizə maaş ödəsin", - aeroportda işləyən yüz qadından biri olan Zahra Amiri telekanala müsahibəsində deyib.

Lida adlı digər qadın əməkdaş isə deyib ki, taliblərin gəlişindən sonra işlərini dayandırmalı olublar. "İndi isə biz havayı işləyirik", - o əlavə edib.

Telekanal bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban da şərh verməkdən imtina edib.

Tolo News qeyd edir ki, avqustun 15-də taliblər hakimiyyətə gəldikdən sonra dövlət işçilərinin əksəri işə çıxmayıb.

Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru