Litva COVID pasportu olmayanlara ciddi məhdudiyyətlər tətbiq etdi

14-09-2021, 09:44           
Litva COVID pasportu olmayanlara ciddi məhdudiyyətlər tətbiq etdi
Litva hökuməti koronavirusa qarşı peyvənd olunmayanlara ciddi məhdudiyyətlər tətbiq edib.

Bu tədbirlər əhalini peyvəndə həvəsləndirmək məqsədi daşıyır.

Ölkənin Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus pasportu olmayan şəxslər bu gündən etibarən ərazisi 1,5 min kvadrat metrdən çox olan ticarət mərkəzlərinə, heç bir qeyri-ərzaq mağazalarına baş çəkə bilməyəcəklər.

Onlara iaşə obyektlərinə qapalı giriş və ictimai tədbirlərə daxil olmaqla bir sıra xidmətlər göstərilməyəcək.

İşəgötürən işçi kollektivinin bütün üzvlərinin COVID pasportuna sahib olmasına qərar verərsə, peyvənd etməyənlər işdən kənarlaşdırıla bilər.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.