"Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb

25-09-2021, 17:21           
"Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb
Taliban" Əfqanıstanla Tacikistan sərhədində yerləşən Tahar əyalətinə minlərlə xüsusi təyinatlı əsgər toplayıb.

Trend-in məlumatına görə, bunu "Taliban"ın mətbuat katibi Zabihulla Mücahid öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, xüsusi təyinatlılar əyalət ərazisində təhlükəsiziyin təmin olunması üçün bölgəyə cəlb olunub.

Qeyd edək ki, "Taliban" hərəkatı avqustun əvvəlindən etibarən Əfqanıstanda nəzarəti ələ keçirməyə başlayıb. Avqustun 15-də paytaxt Kabil ələ keçiriləndən sonra prezident Əşrəf Qani ölkəi tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru