ÜST: Afrikada yenidən vaksinasiya mümkün deyil

13-10-2021, 08:43           
ÜST: Afrikada yenidən vaksinasiya mümkün deyil
Dünya birliyi mövcud olan peyvəndlərin Afrika ölkələrinə təqdim etməyəcəyi təqdirdə koronavirus pandemiyasına son qoya bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ev sahibliyi ilə keçirilən onlayn tədbirdə bildirib.

"Dünyada 6,5 milyard doza peyvənd istifadə edilib. Amma Afrika ölkələri 1,2 milyard insan üçün cəmi 166 milyon peyvənd alıb. Bu baxımdan Afrikada yenidən vaksinasiya üçün dərman yoxdur", - Qebreyesus deyib.

ÜST rəhbəri vurğulayıb ki, dünya dövlətlərinin Afrikaya bir doza vermədikləri halda pandemiyaya son qoymaq mümkün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru