Təhsil və Maliyyə nazirlikləri arasındakı «körpü»: CEYHUN BAYRAMOV_ İDDİA
14-03-2016, 10:21
Nazir müavini qardaşının sayəsində pul silmə əməliyyatlarının kilid isminə çevrilib
Azərbaycanda ən bərbad vəziyyətdə olan sahələrdən biri təhsildir.teref.az yazır ki, Politika.Az-ın verdiyi xəbərə görə, istər Misir Mərdanovun dönəmində, istərsə də Mikayıl Cabbarovun faktiki nazirliyi dövründə durumu dəyişmək mümkünsüz hala çevrilib. Bunun obyektiv və subyektiv səbəbləri isə mövcuddur.
Qeyd edək ki, Mikayıl Cabbarov nazir təyin olunandan sonra başına yığdığı əsas kadrların böyük əksəriyyətinin təhsil haqqındakı anlayışları ən aşağı səviyyədədir. Məsələn, Bakı Təhsil İdarəsinə göndərdiyi Elnur Əliyev xalası oğlu olmaqla yanaşı, həm də nazirin etibarlı kadrlarından sayılır. Lakin bu adamın təhsil haqqında bilgilərə bəsit səviyyədəydi.
Və ya Ceyhun Bayramovun müavin təyinatı alması bir çoxlarında şok effekt yaratmışdı. Çünki iqtisadçı olan birinin təhsil haqqında bilgiləri elə də yüksək deyildi. Üstəlik, onun qardaşının adı indiyə qədər bir sıra maliyyə qalmaqallarına qarışmışdı. Azər Bayramov hazırda da Maliyyə Nazirliyində mühüm posta sahibdir. Onun əsas işi büdcə təşkilatlarına maliyyənin ayrılması, tenderlərin keçirilməsi ilə bağlı işlərə nəzarət etməkdən ibarətdir. Ölkənin ən varlı şəxslərindən biri kimi çoxdan ad çıxarıb.
Əslində, Ceyhun Bayramov Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyi arasında «körpü» funksiyasını həyata keçirir. Belə ki, o, nazirliyin maliyyə işlərinə nəzarət edir, tenderləri müəyyənləşdirir. Məlumatlara görə, nazir müavini əlinə düşmüş imkanlardan yararlanaraq, orta məktəblərə ayrılmış pulların böyük qismini özünə götürməklə işini bitmiş hesab edir. Elə bu səbəbdəndir ki, Bakının bəzi orta məktəblərinin təhlükəsizlik kameraları ilə təhciz edilməsi zamanı ciddi korrupsiyaya yol verildiyi üzə çıxıb. Məsələn, ümumi dəyəri 5-10 min manat aralığında dəyişən bu sistemi qurmaq üçün Bayramov 100 min manatdan artıq pul ayırtdırıb.
Sözügedən «körpü»nün missiyası bununla da bitmir. Onun təmir işləri üzrə ayrılmış pullara da nəzarət etdiyi artıq dəqiqləşib. Cari və əsaslı təmir adı altında ayrılmış pulların böyük qismi onun özünə qalır. Bu işləri isə əsasən yerli direktorlar özləri həyata keçirirlər.
Ceyhun Bayramovun işləri bununla da bitmir. Onun adı artıq tələbə köçürmələri və digər qalmaqallı işlərdə də hallanmağa başlayıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.
TEREF.İNFO