SAATDA 200/KM -LƏ GEDƏN AĞSTAFA İCRA HAKİMİYYƏTİNDƏN ACİQLAMA NİYƏ GƏLMƏDİ????
16-03-2016, 01:01
Dövlət başçısı İlham Əliyevin dəfələrlə sərt xəbərdarlıqlarına baxmayaraq, bəzi məmurların qanunlara sayğısızlığı haqda yeni-yeni xəbərlər yayılır. Onların çoxu dövlətin verdiyi xidməti avtomobillərlə yol hərəkət qaydalarını kobud şəkildə pozurlar.
Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır.
Bir müddət əvvəl mətbuatda Mingəçevir şəhərinin icra başçısının xidməti avtomobilinin magistrlar yolda 180 km/saat sürətlə hərəkət etdiyini əks etdirən video yayılmışdı. İcra hakimiyyəti sonradan PATRIOT.AZ saytına açıqlama verərək az qala öz əməllərinə haqq qazandırmağa çalışırdı.
Fevralın 29-da, saat 10:25 radələrində çəkilmiş bu videoda isə Ağstafa rayonunun birinci şəxsinin, yəni icra başçısı Məhərrəm Quliyevin 05 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobilinin maksimum sürət saatda 110 km olan yollarda 180-200-lə hərəkət etdiyi əksini tapıb.
Düzdür, bu videonu çəkənlər də qayda pozublar. Amma təəssüflər olsun ki, icra başçısının avtomobili hətta yaşayış məntəqəsində – saatda 90 km sürət rejimi tətbiq olunan ərazidə də 180-200 km/saat sürətlə hərəkət edir.
Həmin videonu təqdim edirik:
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.