Səlim Müslümovun keçmişindən ŞOK: oğurluq elmi iş faktı
16-03-2016, 02:22
Korrupsiyaya “qəzəblənən” nazirin özü kimdir?
selim-yeniƏmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun hayküylü anti-korrupsiya islahatlarından iki ildən artıq vaxt keçir. Füzuli Ələkbərovun dövründə nazirliyin çirkab içində olduğunu deyən S.Müslümov həm müsbət imic qazanmağa çalışaraq sabiq nazirin fəaliyyətini birdəfəlik yerdən yerə vurub. Bununla da sabiq nazirin bütün kadrlarını təmizləyib, silib-süpürdü. Nazirlikdə Ələkbərov dövründə demək olar ki, bir kadr qalmayıb.
Bəs yalan və rüşvətə bu qədər dözülməz olan S.Müslümov özü cəmiyyətə necə tanınıb? Yeni nazir haqda cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırma zamanı ilginc bir faktla rastlaşdıq. Bir müddət əvvəl Rusiyanın Kazan şəhərində doktorluq disertasiyası müdafiə edən o zamankı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları elmi işinin plaqiat olması haqda xəbər yayılmışdı. Məlumatlarda bildirilirdi ki, Səlim Müslümovun doktorluq desertasiyası Rusiya Federasiyasının Maliyyə Nazirliyində, Dövlət Maliyyə Nəzarəti, audit və mühasibat şöbəsinin direktoru, iqtisadiyyat elmləri doktoru, professor Leonid Shneidmanın elmi işinin plagiatıdır və Səlim Müslümov həmin elmi işinin plagiat olduğunu yaxşı bildiyindən http://leb.nlr.ru/edoc/179285/ ünvanında yerləşdirilmiş disertasiyasına müəllif hüquqları qorunur adı altında baxmağa yasaq qoydurub.
Oxucuların nəzərinə çatdıraq ki, Səlim Müslümovun 10 fevral 2006-ci ildə Kazan Dövlət Maliyyə və İqtisad İnstitutunda, Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları elmi işi iqtisad elmləri doktoru, professor Leonid Shneidmanın bir müddət əvvəl Rusiya Dövlət Universitetləri üçün yazdığı “Mühasibat nəzriyyəsi” kitabından köçürmələrdir. Eyni zamanda Səlim Müslümov elmi işinin desertasiyasında digər rus alimlərinin mühasibat uçotu, təhlil və audit islahatları nəzəryələrindən də istifadə edib. Məsələn DSMF sədri rus alimi Aleksandr Bakayevin ” Rusiyada uçot sisteminin islahatı” elmi işinin bəzi hissələrinə istinad etmədən köçürüb. Bu barədə Kazan Dövlət Maliyyə və İqtisad İnstitutunda çalışan şəxsin verdiyi məumatlarda bildirilir ki, Səlim Müslümovun elmi işinin əhəmiyyətli hissəsi bir çox rus alimlərinin nəzəriyyələrindən köçürülüb. Elə bu baxımdan o zamankı DSMF
sədrinin disertasiyasını plagiat hesab etmək olar. “Səlim Müslümov özünün əməyi kimi rus alimlərinin elmi əsərlərini mənimsəməklə, bir sözlə elmi işlərin əhəmiyyətli hissəsinin vergülünə və noqtəsinə toxunmadan, “oğurluq”
yolu ilə iqtisad elmləri doktoru adına layiq görülməsi biabırçı halıdır. Səlim Müslümovun elmi işini təhlil etdikdə açıq aydın plagiatlıqa yazıldığı görünür. Əsasən DSMF sədrinin bəzədilmiş elmi məqaləsi Leonid Shneidmanın elmi
nəzəriyyələrindən olduğu kimi köçürülüb. Burda ümumi xarakterli fraqmentlər təşkil edilir. Məsələn L.Shneidmanın Rusiya Dövlət Universitetləri üçün yazdığı “Mühasibat nəzriyyəsi” kitabında olan bəzi fraqmetləri Səlim Müslümovun elmi əsəri ilə müqayisə etdikdə çarpan oxşarlıq müşahidə olunur. L.Shneidmanın müəllifi olduğu “Mühasibat nəzriyyəsi” kitabına nəzər yetirmək kifayyətdir ki, Səlim Müslümovun “orijinal dissertasiyası” məhz bu rus aliminin yazdığı kitabına istinad edilmədən yazılıb”.
Ən böyük korrupsiya şousunun ssenaristinin keçmişi haqda araşdırmalarımızı davam etdirəcəyik…
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az