Sabiq nazirin oteli məhkəməyə verildi - SƏBƏB

25-11-2021, 12:47           
 Sabiq nazirin oteli məhkəməyə verildi - SƏBƏB
"Yeni Qalaaltı Hotel Company” MMC vergidən yayınmaya görə məhkəməyə verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkət haqqında vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan Inzibati Xətalar maddəsi ilə cinayət işi başlanılıb.

İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, bu ilin avqust ayından "Yeni Qalaaltı Hotel Company” MMC qanuni təmsilçisi Nazim Süleymanov Fərman oğludur. Nazim Süleymanov 2019-cu ilin sentyabrından "Qalaaltı Hotel & Spa”ya baş meneceri vəzifəsində çalışır.

Xatırladaq ki, "Yeni Qalaaltı Hotel Company” 2014-cü ildə yaradılıb və 202 min manat nizamnamə kapitalına sahibdir. Şirkətin əsl sahibi sabiq Vergilər naziri Fazil Məmmədov olduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru