1 manat 50 qəpiyə kirayə ev... - Fotolar

26-11-2021, 11:45           
1 manat 50 qəpiyə kirayə ev... - Fotolar
İsveçin dünyaca məşhur mebel firmalarından biri maraqlı kampaniya ilə diqqət çəkib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, firma məhsullarını reklam etmək üçün Yaponiyanın paytaxtı Tokionun ən bahalı rayonlarından biri olan Şinjukuda 10 kvadratmetrlik mənzil icarəyə götürüb və onu öz məhsulları ilə təchiz edib.

Firma bu mənzili cəmi 99 yenə, yəni 1 manat 50 qəpiyə kirayə verir.

Bildirilib ki, “Kiçik evlər” kampaniyasının məqsədi çoxməqsədli məhsulların dar məkanlarda belə rahat həyat təklif edə bildiyinə diqqət çəkməkdir.

Mənzilin birinci mərtəbəsində mətbəx, paltaryuyan maşın sahəsi, hamam və tualet yerləşir. Kirayəçi namizədlər dekabrın 3-dək müraciət edə bilərlər. Evi kirayə götürmək hüququ qazanacaq şəxs 2023-cü ilə qədər mənzildə yaşaya biləcək.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru