Saakaşviliyə yeni diaqnoz qoyuldu

29-11-2021, 07:55           
Saakaşviliyə yeni diaqnoz qoyuldu
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicəsini izləyən həkimlər şurası ona posttravmatik stress pozğunluğu diaqnozu qoyub. Bu barədə jurnalistlərə şuranın rəhbəri, “Empatiya” təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib.

“Xəstənin həbsxanada olması və zorakılıq faktları ilə əlaqədar onda posttravmatik stress pozğunluğu sindromu təsdiqlənib. Nevroloji simptomlar da müşahidə olunur. Bilirsiniz ki, söhbət həm də Vernik ensefalopatiyasından da gedir ki, bu, aclıq aksiyasının nəticəsidir”,- deyə Cişkariani bildirib.

O, həmçinin əlavə edib ki, Saakaşvilinin stasionar multidissiplinar reabilitasiya müalicəsinə ehtiyacı var.

Xatırladaq ki, hazırda Saakaşvili Qori hərbi hospitalında müaliəcə alır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru