"Omikron" ştamına qarşı peyvənd hazırlanır

3-12-2021, 00:02           
"Omikron" ştamına qarşı peyvənd hazırlanır
Çində koronavirusun "omikron" ştamına qarşı peyvənd üzərində tədqiqat aparılır.

Bu barədə Çin Mərkəzi Televiziyası Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinə istinadla məlumat yayıb.

"Çin peyvəndləri koronavirusun əsas ştamlarına qarşı effektivliyini sübut edib. Biz "omikron" ştamına qarşı peyvəndin hazırlanması üzərində fəal işləyirik", - məlumatda deyilir.

Komitənin ilkin hesablamalarına görə, "omikron" delta ştamından daha yüksək yayılma qabiliyyətinə malikdir.

Bundan əvvəl Çinin "Sinovac Biotech" əczaçılıq şirkəti COVID-19 peyvəndini koronavirusun yeni ştamına uyğunlaşdırmağa hazır olduğunu açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.